Fransada silahlı hücum nəticəsində 3 qadın bıçaq xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, hadisə Müluz şəhərində baş verib. Bıçaqlı kişi şəhər vağzalında 28, 58 və 60 yaşlı qadınlara hücum edərək, onlara xəsarət yetirib.
Silahlı şəxs tezliklə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara əsasən, o, ruhi xəstəlikdən əziyyət çəkir.