Ermənistanda keçirilən parlament seçkilərində əsas mübarizə uzun illər hakimiyyətdə olmuş Respublikaçılar Partiyası ilə yeni hakimiyyətə gələn Nikol Paşinyanın “Mənim Addımın” Bloku arasında gedib.
Teleqraf.com xəbər verir ki, Respublikaçılar Partiyası son 20 ildə Ermənistanı idarə etsə və kifayət qədər maliyyə imkanlarına sahib olsa da, son seçki kampaniyası üçün cüzi pul xərcləyib.
Seçki kampaniyası zamanı ən çox pul xərcləyən “Mənim Addımım” İttifaqı olub. Məlumata görə, “Mənim Addımım” seçki kampaniyasında təbliğat məqsədilə 560 min ABŞ dolları xərcləyib.
Bu, Ermənistan tarixində ən bahalı seçki kampaniyası hesab olunur.
Son 20 ildə Ermənistanı idarə edən və kifayət qədər maliyyə imkanları olan Respublika Partiyası isə kampaniyaya cəmi 264 min ABŞ dolları pul xərcləyib.