Texasda həbsxanada olan 37 yaşlı məhkum Harold Millicanın əti çürüməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, məhkumun sağ qolunun çürüməsinin qarşısını almaq üçün dəfələrlə əməliyyat edilib, lakin bunun nəticəsi olmayıb.
Bildirək ki, məhkum həbsxanada gigiyenik şərtlərin pis olması səbəbindən stafilokok virusuna yoluxub.
Məhkum həbsxanadakı dözülməz durumu və burada işləyən personalın diqqətsizliyini əsas gətirərək, cəzaçəkmə müəssisəsini məhkəməyə verib və 200 min dollar kompensasiya tələb edir.
Məhkumun vəkili Allie Booker deyib ki, müdafiə etdiyi şəxs düzgün müalicə edilməyib və bu səbəbdən də infeksiya inkişaf edib.