26 Avqust 2014 22:10
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidenti Mahmud Abbas ölkəsindəki qruplaşmalarla İsrail arasında atəşkəs barədə razılaşma əldə olunduğunu bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Mahmud Abbas razılaşmanın yerli vaxtla 19.00-da (Bakı vaxtı ilə 20.00) qüvvəyə minəcəyini açıqlayıb.

Qahirədəki mənbə İsrailin də atəşkəsə razılaşdığını bildirib.

Lakin buna baxmayaraq, hələlik fələstinlilərin İsrailin Eşkol, Sdot Neqev və Şaar a-Neqe rayonlarını raket atəşənə tutduğu barədə xəbərlər gəlir.

Nihad


Müəllif: