Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yeni silah-sursat və hərbi texnika gətiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların başçısı Bako Saakyan bildirib.
O, silahların haradan alındığını bildirməsə də, Azərbaycanın işğal edilən bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyib:
“Hərbi birliklər müasir silah və texnika ilə təchiz olunacaq”.
Qeyd edək ki, yaxın günlərdə Rusiya KİV-də ABŞ-ın Bolqarıstan üzərindən Ermənistana silah və hərbi texniklar göndərməsi barədə məlumatlar yayılmışdı.
Azərbaycanın dəfələrlə etdiyi etirazlara baxmayaraq, bir sıra xarici ölkələr işğalçı Ermənistana açıq və gizli yolla silahlar göndərməkdə davam edir.