23 Dekabr 2018 22:45
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəhbərinin müavini Patrik Şanahan Ceyms Mettisin gedişindən sonra Birləşmiş Ştatların müdafiə naziri vəzifəsini icra edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Twitter"də yazıb.

"Mən 2019-cu ilin 1 yanvar tarixindən etibarən bizim istedadlı müdafiə nazirinin müavini Patrik Şanahanın müdafiə nazirinin vəzifəsini icra edəcəyini xəbər verməkdənçox şadam. Patrik, həm müavin olaraq, həm də "Boeing"də işlədiyi vaxtlarda bir çox nailiyyətlərə imza atıb. O, möhtəşəm olacaq", - deyə prezident bildirib.

Bundan əvvəl Amerika lideri Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər