ABŞ ordusu növbəti dəfə “İŞİD”-ə qarşı hava hücumu edib.
Teleqraf.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, hücum İraqın şimalında Ərbil yaxınlığında həyata keçirilib.
ABŞ Mərkəzi Komandanlığından verilən açıqlamada hücum nəticəsində İŞİD-ə məxsus iki hərbi maşının məhv edildiyi, birinin isə yararsız hala salındığı bildirilir.
Xatırladaq ki, avqustun 8-dən ABŞ ordusu İraqda 98 hava hücumu həyata keçirib.
Samir