Xəzər dənizinin İrana aid hissəsinin çimərliklərində ötən ay ərzində 41 nəfər boğularaq ölüb. Bunu Mazandaran əyalətinin Ədliyyə Tibbi Ekspertiza idarəsinin mətbuat xidmətinin rəhbəri Əli Abbasi deyib.
Ə.Abbasinin sözlərinə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalıb.
O, ötən 3 ay ərzində ümumilikdə Xəzər dənizinin İrana aid hissəsində çimərliklərdə 61 nəfərin boğularaq öldüyünü bildirib və deyib ki, ölən şəxslərdən 59 nəfəri kişi, iki nəfəri isə qadındır.
Ə.Abbasi həmçinin deyib ki, cari ilin çimərlik mövsümində ölənlərin sayı ötən illə müqayisədə 54 faiz azalıb.
O əlavə edib ki, Ölən şəxslərin 64 faizi 11-30 yaşlı insanlardır.
/trend/