Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Paytaxt Moskvaya gələn Paşinyanın səfəri işgüzar xarakterlidir.
Bundan əvvəl Kremlin mətbuat xidməti məlumat yayaraq, Ermənistan baş naziri vəzifəsini icra edən Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə Avrasiya İqtisadi Birliyi sahəsində inteqrasiya və digər məsələlərin müzakirə ediləcəyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin də müzakirə ediləcək məsələlər arasında olacağı ehtimal edilir.
Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Moskvaya gəlmiş xarici işlər naziri Zohrab Mnatsakanyan və rusiyalı həmkarı Sergey Lavrov arasında planlaşdırılmış görüş artıq başlayıb.
Rusiya prezidentinin Paşinyanı nə vaxt qəbul edəcəyi isə hələlik bəlli deyil.