Misirdə turistləri daşıyan avtobusun partlaması nəticəsində 2 viyetnamlı ölüb, daha 10 əcnəbi yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Qahirədə Giza piramidalarının olduğu bölgədə baş verib.
Partlayışa səbəb yolun kənarında quraşdırılmış bomba olub. Təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirmək istəyərkən turistləri daşıyan avtobus hərəkətdə olub və bomba avtobusun yaxınlığında işə düşüb.