28 Avqust 2014 13:19
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

62 Ukrayna hərbçisi Rusiyadan sığınacaq istəyib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd idarəsinin Rostov vilayəti üzrə nümayəndəsi Nikolay Sinitsi deyib.

O bildirib ki, Ukrayna hərbçiləri Rusiyanın nəzarətində olan Kurqansk rayonu yaxınlığında Rusiya sərhədçilərinə müraciət ediblər. Döyüşçülər sərhəd yaxınlığında tərki-silah olaraq Rusiya tərəfə keçiblər.

Qeyd edək ki, bundan əvvəl də sərhəddə bu cür hadisə baş verib. Avqust ayının əvvəlində 438 Ukrayna hərbçisinin Rusiyaya sığındığı iddia edilib. Rusiya Federal Təhlükəsizlik Xidməti faktı təsdiq edib. Məsələ ilə əlaqədar açıqlama verən FTX Rostov bölgə nümayəndəsi Vasiliy Malayev ukraynalı əsgərlərə təhlükəsizlik dəhlizi açdıqlarını söyləyib.

Son 4 ayda 750-dən çox Ukrayna hərçisinin Rusiya tərəfinə keçdiyi bildirilir.

anspress


Müəllif:

Oxşar xəbərlər