“Forbes”ə görə 30 ildən bu yana dünyanın ən zəngin “ulduz”u olan model Keyli Cenner kosmetika işindən 900 milyon dollar gəlir əldə edib.
Teleqraf.com xəbər verir ki, onun 1 milyon dollarlıq çanta kolleksiyası var.
Anası üçün almaq istədiyi “Ferrari”yə 19 milyon dollar xərcləməyə hazır olan Keyli indi də 10 min dollarlıq yemək sifarişi ilə gündəmə gəlib.
Keçən il 189 dəfə yemək sifariş verən “ulduz” bunun üçün 10 min dollar pul xərcləyib.
Modelin menyusunda yağlı qidalar üstünlük təşkil edib. Keylinin sifarişlərinə toyuq qanadı, kartof qızartması, “Mak Donalds” dondurması, buterbrod, pendir və digər ərzaqlar daxil olub.
Ən bahalı sifarişi isə 1942-ci il istehsalı bir şüşə tekila olub.