Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlunun sözçüsü olmuş jurnalist Etyen Mahçupyan yeni siyasi partiyanın anonsunu verib.
Teleqraf.com xəbər verir ki, Etyen Mahçupyan TV5-ə açıqlamasında AKP-nin siyasətindən narazılığını ifadə edərək yeni partiyanın yaradılmasının mesajını verib:
"Yeni partiya məsələsi hazırda gündəmdədir. Çünki Türkiyə yaxşı idarə olunmur. Buna görə də iqtidar hər şeyi çərçivəyə almaqla ömrünü uzatmaq istəyir. Qarşıdan gələn seçkilərin nəticələri bəzilərini çox maraqlandırır. Ən böyük gərginlik AKP-də, mühafizəkar təbəqədədir. Hesab edirəm ki, gələcəkdə yeni partiyanın yaradılması mümkündür"