Rusiya Orta və qısa mənzilli nüvə raket anlaşmasından çıxdığını elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın yaxın 6 ay müddətində anlaşmadan rəsmən çıxacağını açıqlayıb.
Açıqlamada qeyd edilib ki, Rusiya bu addımı ABŞ-ın müvafiq addımına cavab olaraq atır.
Qeyd edək ki, “Orta və qısa mənzilli nüvə raket anlaşması” 1987-ci ildə ABŞ və Sovet İttifaqı arasında bağlanıb. SSRİ-nin hüquqi varisi kimi indiki Rusiya bu müqavilənin tərəflərindən biri idi.
Lakin ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı elan edib ki, Rusiya dəfələrlə bu anlaşmanı pozub. Bu səbəbdən də Vaşinqton müqavilədən çıxdığını elan edib.