Con Hampreys-in aparıcılıq etdiyi verilişə qatılan qonaq efir zamanı soyunub.
Teleqraf.com xəbər verir ki, BBC radio 4-ə dəvət olunan Viktoriya Beytmen müzakirə zamanı gödəkçəsini çıxarıb. O, lüt halda oturaraq söhbətə davam edib.
O, bu hərəkəti ilə Britaniyanın Avropa İttifaqından çıxmaq istəyini qınayaraq, "Brexit" Britaniyanı çılpaq vəziyyətdə qoyacağını bildirib.
Belə ki, qonağın sinəsinə yazılan "Brexit" sözü də diqqətdən qaçmayıb. O, həm də bununla gender bərabərsizliyinə də etiraz etdiyini vurğulayıb.