Rusiyanın Çelyabinsk vilayətindəki hovuzların birində təcavüz hadisəsi qeydə alınıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən ilin aprel ayında baş verib.
54 yaşlı kişi şəhərin hovuzlarından birində duş qəbul edərkən 9 yaşlı uşağa təcavüz edib.
Dərhal polis əməliyyat keçirərək şübhəli şəxsi saxlayıb.
Məlumata görə, şəhər prokurorluğu 9 yaşlı uşağa təcavüz etməkdən şübhəli bilinən Çelyabinsk sakini ilə bağlı ittiham aktını təsdiqləyib.
Rayon prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, cinayət işi Kalininki rayon məhkəməsinə göndərilib.