15 Fevral 2019 13:22
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijnevartovsk şəhərində kriminal qruplaşmaların bazarlara nəzarət uğrunda apardığı mübarizə xüsusi təyinatlı qüvvələrin müdaxiləsi ilə yekunlaşıb.

Bu barədə Rusiyanın ura.ru saytı məlumat yayıb. Qeyd olunur ki, qanuni-oğru Lotu Quli (Nadir Səlifov) buradakı bazarlara nəzarət üçün iddia irəli sürüb. Onun xüsusilə "Sibirski Balaqan" yarmarkası və mərkəzi bazarın bir hissəsi ilə maraqlandığı bildirilir.

Bu səbəbdən Lotu Quli xaricdə olarkən məsələni yerli avtoritetlərlə müzakirə etmək üçün şəhərə nümayəndəsini göndərib. Lakin müzakirələr uğursuz keçib və yanvar ayının sonlarında baş tutan görüşdə Nijnevartovskun tanınmış avtoritetlərindən biri yaralanıb.

Daha sonra hüquq-mühafizə orqanlarının xüsusi təyinatlılarla birgə keçirdiyi əməliyyat çərçivəsində cinayəti törədənlər saxlanılıb. Onlardan biri Kaspiyskidə, digəri isə Moskvada ələ keçib.

Saxlanılanlar barəsində cinayət işi açılıb.

Güc strukturlarındakı mənbələr bunun Nijnevartovskda bazar bölüşdürülməsində ilk cəhd olduğunu bildirir və ikinci dalğanın da yaxın zamanlarda olacağını istisna etmirlər./Qaynarinfo.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər