18 Fevral 2019 09:53
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya keçən ilin sentyabr ayında İdlibə hücum planı hazırlamışdı, lakin Türkiyə amili bu addıma mane oldu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert fevarlın 14-də Soçidə Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş görüş haqda da münasibətini açıqlayıb:

“Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən son görüşdə prezidentlər bir-biri ilə maraqlı zarafat ediblər. Putin Ərdoğana dedi ki, “Bəlkə gələn dəfə isti Soçidə deyil, mənfi 40 dərəcə olan Sibirdə görüşək”. Ərdoğanın Putinin bu qəfil təklifinə gülərək verdiyi cavab da maraqlıdır. O, Rusiya başçısına cavabında dedi ki, “Hər halda Sibirdə məni tək buraxmazsan”.

Putin bu cür “zarafatları” ilə məşhurdur. Görünür, Putin Ərdoğanı Sibirə dəvət etməklə Rusiyanın necə böyük ölkə olduğunu əyani göstərmək istəyir. Ancaq bunun üçün Sibirə getməyə ehtiyac yoxdur ki, Ərdoğan Sibirə getmədən də xəritəyə baxaraq Rusiyanın miqyasca necə böyük ölkə olduğunu bilir. Ancaq həmin böyük ölkə hələ ki, Ərdoğanın “İdlibə hücum doğru olmaz” yanaşmasını qəbul edir. Halbuki Putin İdlibi nəzarət altına almaq üçün hələ sentyabr ayında hücum planı hazırlamışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər