19 Fevral 2019 10:30
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın sabiq baş naziri, senator Matteo Renzinin ata-anası saxta iflas iddiası ilə həbs edilib.

Teleqraf.com xəbər verir ki, sabiq baş nazirin valideynləri haqqında ev həbsi qərarı çıxarılıb.

Renzinin atası Tiziano, anası Laura Bovoli və biznesmen Gian Franko Massone hazırda ev həbsində saxlanılır.

İddiaya görə, Renzinin ailəsi və iş adamı Franko idarə etdikləri üç şirkətdən ikisinin saxta faktura və saxta iflası haqqında qərar veriblərmiş.

Xatırladaq ki, 2014-2016-cı illərdə İtaliyaya baş nazirlik edən Renzi valideynlərinin ev həbsinə sərt reaksiya göstərib.

“İddianaməni oxuyanlar belə yalan və ölçüsüz bir cəzanı heç görmədiklərini deyirlər. İtaliyanın ədalətinə inamım sonsuzdur. Qanunlar qarşısında bütün vətəndaşlarımız bərabərdir. Səbirsizliklə məhkəmənin başlamasını gözləyirəm”, - sabiq baş nazir sosial şəbəkələrdə bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər