2014-cü ildə 239 sərnişin və ekipaj üzvləri ilə birlikdə Kaula Lumpur şəhərindən Pekinə uçmaq məqsədilə havaya qalxan və az sonra radarlardan itən Malayziyaya məxsus MH370 tipli təyyarə haqqında yeni iddialar ortaya atılıb.
Teleqraf.com xəbər verir ki, yoxa çıxan təyyarənin axtarışı aylarla davam etsə də, nəticə əldə olunmayıb.
Beləcə təyyarənin sərnişinlərlə birlikdə itkin düşdüyü elan olunub.
Ancaq yazar Kristine Neqroni yoxa çıxan təyyarə ilə bağlı hamını heyrətə salan iddialar ortaya atıb.
Yazarın iddiasına görə, yoxa çıxan təyyarə okeana düşəndə orda yalnız bir nəfər sağ imiş. Təyyarə suya batanda yalnız pilot köməkçisi sağ-salamatmış.
Təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra təzyiq aşağı düşüb və sərnişinlərin cəmi 15 dəqiqə oksigen ehtiyatı olub. Bu səbəbdən sərnişinlərin hamısı 15 dəqiqə sonra ölüb.
Neqroni iddia edir ki, yalnız pilotun köməkçisi sağ qalıb və təyyarəni yerə endirmək məqsədilə cəsədlərlə birlikdə saatlarla uçmalı olub. Pilot köməkçisi təyyarəni yerə endirmək məsələsində bacarıqsız olsa da, təyyarədə sağ qalan son kişi olub. Bütün cəhdlərinə baxmayaraq o, hava gəmisini yerə endirə bilməyib. Müəyyən müddət sonra o da şüurunu itirib və bu əsnada təyyarə okeana düşüb.
Xatırladaq ki, Malayziya sərnişin təyyarəsi 2014-cü ildən 239 sərnişinlə birlikdə Kuala Lumpurdan Pekinə getmək məqsədilə havaya qalxıb və bir müddətdən sonra qeyb olub.