Türkiyənin müdafiə naziri Hülusi Akar bu gün ABŞ-a yollanır.
Teleqraf.com xəbər verir ki, Baş Qərargah rəisi Yaşar Gülərin də daxil olduğu nümayəndə heyəti ilə ABŞ-ın paytaxtı Vaşinqtona yollanacaq. Akar ABŞ-lı həmkarı ilə görüşəcək Patrik Şenahenlə görüşəcək.
Görüşdə Suriya məsələsi, həmçinin ikitərəfli əlaqələr və digər regional məsələlər müzakirə ediləcək.