22 Fevral 2019 13:12
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

200 amerikalı hərbçidən ibarət sülhməramlı qüvvə bir müddət Suriyada qalacaq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Ağ Evin mətbuat katibi Sara Sanders çıxış edib.

Yazılı bəyanat iki sətirdən ibarət olub və Ağ Evin mətbuat katibi detallar haqqında məlumat verməyib.

Hərbçilərin Suriyanın hansı bölgəsində və nə zamana qədər qalacağı qeyri-müəyyəndir.

Qeyd edək ki, Ağ Ev bu qərarı Donald Trampla Rəcəb Təyyub Ərdoğan arasında baş tutan telefon danışığından sonra verib.

Dekabrda ABŞ prezidenti Donald Tramp Amerika hərbçilərinin Suriyanı tərk edəcəyini açıqlamışdı.


Müəllif: Cavad