22 Fevral 2019 14:12
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə prezidenti Suriyanın şimalında təhlükəsizlik bölgəsi yarada bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Suriya prezidentinin mətbuat katibi Buseyna Şaban deyib.

Qadın diplomat İdlib məsələsi ilə bağlı 4 anlaşmanın olduğunu, lakin Türkiyənin bu çərçivədə üzərində götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edib.

Habelə Buseyna Şaban çıxışında ABŞ-ı terror təşkilatlarına dəstək verməkdə ittiham edib: “ABŞ müxaliflərə dəstək adı altında terror təşkilatlarına silah göndərir, maliyyə yardımı ayırır. Amerikanın əsas məqsədi Suriyanı parçalamaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu