23 Fevral 2019 10:03
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Latviyanın əhalisi 0,98 faiz, yəni 18 min 830 nəfər azalıb.

“Worldometers” beynəlxalq təşkilatının açıqladığı rəqəmlərə əsasən, bu göstərici ilə Latviya əhalisi sürətlə azalan birinci ölkədir. Latviya Statistika İdarəsi ölkə əhalisinin azalması faktını qəbul etsə də, bu rəqəmin daha az olduğunu qeyd edib.

Rəsmi məlumata görə, ötən il ölkə əhalisinin sayında 14 min nəfər azalma müşahidə edilib ki, bu da 0,74 faiz deməkdir. Lakin bu rəqəmlər də Latviyanın əhalisinin azalma sürətinə görə dünya ölkələri sırasında birinci olması faktını dəyişmir. Çünki ikinci yerdə olan Bolqarıstanda bu göstərici 0,68 faizə bərabərdir.

Qeyd edək ki, Latviya əhalisinin azalmasının əsas səbəbi başqa ölkələrə köçdür./AZƏRTAC


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər