24 Fevral 2019 22:06
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin məşhur televiziya aparıcısı Oşrat Kotler İsrail ordusunun əsgərlərinin Givat Asafda törədilmiş terror aktından sonra saxlanılan iki fələstinliyə qarşı davranışlarını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, hadisəni araşdırarkən Kotler deyib: “Biz uşaqlarımızı orduya, ərazilərə yollayırıq və geriyə heyvan qəbul edirik. İşğalın nəticələri belədir”.

İttiham edilən əsgərlərin valideynləri birgə bəyanatla çıxış edərək, Kotlerin şərhlərini “təəssüf doğuran və iyrənc” adlandırıblar. Valideynlər yazıblar: “Kotler bu əsgərləri tanımır, lakin onları dəhşətli sözlərlə adlandırır. O, əsgərləri məhkəməsiz təqsirkar elan edib”.

İsrailin baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib: “Mən əsgərlərimizlə fəxr edirəm və onları çox sevirəm. Kotlerin şərhləri qınanmalıdır”.

13-cü kanal da bəyanat verərək bildirib: “Oşrat Kotler öz mövqeyi olan və özünə arxayın jurnalistdir. O, ara-sıra, başqa jurnalistlır kimi, başqa mövqelərdən fərqli mövqeyini bildirir. Oşrat sırf şəxsi fikrini ifadə edib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər