Bu həftə Qətərdə keçiriləcək ABŞ-Taliban danışıqlarına sürpriz bir şəxs də qatılacaq.
Teleqraf.com-un məlumatına görə, Taliban qaynaqları BBC-yə bildirib ki, müzakirələrdə Taliban Hərəkatının ən məşhur şəxslərindən birinin iştirakı gözlənilir.
Bu, Taliban Hərəkatının qurucularından olan Molla Abdül Qəni Baradardır.
Baradar Pakistanda 8 il həbsdə qaldıqdan sonra ötən il azadlığa çıxıb və hazırda Talibanın siyasi bürosunun rəhbəridir.
Qeyd edək ki, ABŞ və Taliban 17 illik problem həll etmək üçün Qətərdə siyasi dialoqa start verib. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalid bu görüşlərə müsbət yanaşdığını və ölkəsinin Talibanla anlaşma imzalaya biləcəyini bəyan edib.
1996-2001-ci illərdə Əfqanıstanı idarə edən Taliban hazırda ölkənin əhəmiyyətli hissəsinə nəzarət edir. 15 milyon əhalisi olan Əfqanıstan vətəndaşalarının yarısı Talibanın nəzarəti altında yaşayır.