26 Fevral 2019 14:34
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası ilə bağlı ilginc məqamlar üzə çıxıb.

Teleqraf.com İran KİV-ə istinadla xəbər verir ki, nazirin gözlənilməz istefasının Suriya Prezidenti Bəşər Əsədin Tehrana səfəri ilə bağlı olduğu bildirilib.

Zərif “Entekhab” agentliyinin ona ünvanladığı suala qısaca belə cavab verib:

“Bu gün keçirilən görüşlərdə çəkilən foto-şəkillərdən sonra Cavad Zərif artıq xarici işlər naziri ola bilməz”.

İSNA agentliyi isə Zərifin istefasını Bəşər Əsədin İranın dini lideri Əli Xameneyi və ölkə başçısı Həsən Ruhani ilə keçirdiyi görüşlərlə əlaqələndirib.

İranlı deputat isə nazirin istefasının İran daxilində gərginliyə yol açacağını iddia edib:

“Zərifin istefası dəqiqləşsə, bu, daxildəki müxaliflərin xəncərinin təsirli olduğu mənasını verəcək”.

Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefaya getdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər