Rusiyanın Omsk vilayətindəki yetimlər evində azyaşlı oğlanlara seksual hədiyyələr verən xadimə böyük bir skandala yol açıb.
Teleqraf.com xəbər verir ki, pedofil qadınla münasibət quran Poltava şəhərindəki yataqxananın 14-15 yaşlı şagirdləri özləri də bilmədən onu ələ veriblər.
Məlumata görə, bayram gecəsi iki oğlan şagird eyni vaxtda yataqxananın 32 yaşlı xadiməsi ilə cinsi əlaqədə olub.
Bu hadisəni dostları ilə bölüşən yeniyetmələr bilmirdilər ki, qısa zamanda bu söhbət təlimçilərə də çatacaq.
Səhəri gün yataqxana rəhbərliyi bu barədə polisə müraciət edib.
İddia sübut olunsa, 32 yaşlı xadimə 4 il azadlıqdan məhrum ediləcək.