27 Fevral 2019 14:07
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən K.Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər