ABŞ Prezidenti Donald Trampın müşaviri Jared Kuşner Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Kuşnerin Prezident Ərdoğanla görüşündə ABŞ-ın beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi Jason Qrenbatti və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook da iştirak edib.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu müzakirə edilib, Fələstin-İsrail probleminin həllində Ankara və Vaşinqtonun göstərdiyi cəhdlər ələ alınıb.
Ağ Evin açıqlamasında vurğulanır ki, görüşdə regional şərtlərin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün sərmayə yatırımları da diqqət mərkəzində olub.
Xatırladaq ki, Jared Kuşner ABŞ prezidentinin qızı İvankanın həyat yoldaşıdır.