3 Mart 2019 21:30
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatların Yeni Orlean şəhərində avtomobil piyadaları vurub.

“Report” xəbər verir ki, nəticədə iki nəfər ölüb, daha üç nəfər ciddi xəsarət alıb.

Polis 32 yaşlı sürücü Teşonti Toninin hadisə yerindən qaçdığını, lakin yerli sakinlər tərəfindən tutulduğunu bildirib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Amma polis Toninin sərxoş olduğunu ehtimal edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər