Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə qısa müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsi ilə bağlı tapşırıq verib.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko hökumətin bu gün keçirilən iclasında KTMT ilə bağlı vəziyyəti “qeyri-qənaətbəxş” adlandırıb.
Xatırladaq ki, son vaxtlar Minsklə İrəvan arasında KTMT baş katibliyi ilə bağlı fikir ayrılığı ortaya çıxıb.
Bu, Ermənistanın KTMT-dəki nümayəndəsi, eləcə də, təşkilatın baş katibi Yuri Xaçaturovu geri çağırması ilə bağlı olub.
Belarus bu posta namizəd kimi Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zası təklif edib.