Şimali Koreyanın Pyonq-Yanq şəhərində 2,1 gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, Şimali Koreya Meteorologiya Mərkəzi bəyan edib ki, təkanlara yeraltındakı nüvə sınağı səbəb olub.
Bu həftənin əvvəlindən Cənubi Koreya kəşfiyyatı bəyan edib ki, Şimali Koreya Sohae şəhərində uzun mənzilli raket bazalarını yenidən tikməyə başlayıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisləri isə apardıqları təhlillərin nəticəsi olaraq Şimali Koreyanın nüvə obyektlərini yenidən inşa etməyə hazırlaşdığını qeyd etmişdi.