Yunanıstanın ən böyük həbsxanalarından olan Koridalos cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava düşüb.
Teleqraf.com xəbər verir ki, dava nəticəsində 1 məhkum öldürülüb, 8 məhkum yaralanıb.
Hadisə həbsxananın psixiatriya bölməsində baş verib. Dava fərqli etnik qruplar arasında olub. Yaralananlardan birinin durumu ağırdır.
200 məhkumun olduğu psixiatriya bölməsində cəmi 4 həbsxana gözətçisi növbə çəkirmiş.
Məhkumlardan biri bıçaqlanaraq öldürülüb.
Məhkumların izahatından məlum olub ki, neçə müddətdir həbsxananın bu bölməsində ciddi gərginlik mövcuddur, amma rəsmilər vəziyyətin ciddiliyini nəzərə almayıb.
Ədliyyə Nazirliyi isə bəyan edib ki, artıq müvafiq qurumlar səfərbər olunub və hadisənin səbəblərini araşdırmaq məqsədilə işə başlanılıb.