10 Mart 2019 11:37
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin ölümündən sonra istefa verib.

Teleqraf.com-un məlumatına görə, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində azı 11 körpə ölü aşkar olunub.

Hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər