Polşada güclü külək 150 minə yaxın insanı işıqsız qoyub.
Teleqraf.com-un məlumatına görə, nəticədə bir nəfər yaralanıb, 19 evin damı aşıb. Küləkdən ən çox zərər çəkən Mazovets bölgəsi olub, burada 46 minə yaxın insan işıqsız qalıb.
Yanğınsöndürənlər yaranan vəziyyətlə əlaqədar 1000-dən çox çağırış alıb. Çağırışlar əsasən aşmış ağaclar və damı aşan insanlara köməklə bağlı olub.