Nyu-Yorkun məşhur mafiya başçısı Frank Kali çərşənbə axşamı evinin önündə güllələnib. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, həyatını xilas etmək mümkün olmayıb.
Teleqraf.com xəbər verir ki, Amerika mediası 1985-ci ildən bu yana ilk dəfə şəhərdə mafiya başçısının hədəfə alınaraq öldürüldüyünü qeyd edir.
Şahidlərin adını açıqlamayan polis Kaliyə 6 dəfə atəş açıldığını, daha sonra üzərindən avtomobillə keçdiklərini bildirib. Şəxsiyyəti müəyyən edilməyən cinayətkarların mavi rəngli avtomobillə hadisə yerindən qaçdığını deyilir.
53 yaşlı Kalinin mənsub olduğu Kambionun ABŞ-da uzun müddətdir fəaliyyət göstərən İtaliyan kökənli 5 mafiya ailəsindən biridir. 1985-ci ildən Kambino ailəsindən Paul Kastellano restoran qarşısında öldürülüb.
Nyu-York polisi son cinayətin səbəbini bilmədiyini açıqlayıb. Polis heç kəsin həbs edilmədiyini, amma araşdırmaların aparıldığını bildirir.
Bildirilir ki, Frank Kal mafiya idarəçiliyi rəhbərliyini 2015-ci ildə Domeniko Kefaludan alıb. Kalinin indiyə qədər yalnız bir məhkumluğu olub. O, xərac almaq ittihamı ilə 16 ay həbs yatıb.
Kambino ailəsinin ən tanınmış üzvü isə 1992-ci ildə 13 nəfəri öldürmək ittihamından həbsə gedən Cohn Kotti olub. Kotti 2002-ci ildə vəfat edib.