Yeni Zelandiyanın Kraystçerç şəhərinin sakini bu şəhərdə məscidə hücumda şübhəli bilinən şəxslərdən birinin yaxalanma anını videolentə alıb.
Teleqraf.com xəbər verir ki, kadrlarda polis maşınının onu dayandırmaq üçün avtomobillərdən birinə toxunduğu görünür. Bundan sonra polis xidməti silahından istifadə etməklə sürücünü avtomobildən çıxmağa və yerə uzanmağa məcbur edir.
Yerli hakimiyyət indiyədək 4 şübhəli şəxsin yaxalandığını açıqlayıb. Onlardan biri qadındır.
Bununla belə, əsas cinayətkar hesab olunan Avstraliyanın Yeni Cənubi Uels ştatının Qrafton şəhərinin sakini, 28 yaşlı Brenton Tarrant hələ də tapılmayıb. Həmin şəxs məscidə gedən piyadalara hücumu sosial şəbəkədə canlı yayımda paylaşması ilə məşhurlaşıb.
Qeyd edək ki, bu səhər Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidə hücum zamanı 40 nəfər həlak olub, 30-a yaxın şəxs yaralanıb.