İndoneziyanın Halmaxera adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanların episentri Manada (Sulavesi adası) şəhərində 400 kilometr şimal-şərqdə. Zəlzələnin ocağının hansı dərinlikdə yerləşdiyi barədə məlumat verilmir.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.