20 Mart 2019 16:23
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altay Respublikasının başçısı Aleksandr Berdnikov vəzifəsindən vaxtından əvvəl istefa verib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün “Feysbuk” səhifəsində bildirib.

Qeyd edib ki, istefası könüllüdür və səlahiyyət müddətinin sona çatması, həmçinin yeni işə keçməsi ilə əlaqədardır.

A.Berdnikov artıq istefa ərizəsini prezident Vladimir Putinə təqdim etdiyini bildirib.

Qubernator istefasının könüllü olduğunu xüsusi vurğulayıb. Qeyd edib 13 ildir bu çətin və məsuliyyətli iş onu fiziki və mənəvi cəhətdən yorub.

A.Berdnikov sonuncu dəfə 2014-cü ildə 5 il müddətinə Altay Respublikasının başçısı seçilib. Onun səlahiyyət müddətinin başa çatmasına bir neçə ay qalırdı.

Rusiya Prezidenti Valdimir Putin onun istefasını qəbul edib.


Müəllif: Səxavət