24 Mart 2019 00:27
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela xarici işlər naziri Jorj Arreaza ABŞ-ın bu ölkəyə hərbi müdaxilə ilə bağlı açıqlamalarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi Amerika rəsmilərini "qanqster" adlandırıb.

Arreaza Tvitter hesabından verdiyi açıqlamada qeyd edib:

“Vaşinqton təmsilçiləri özlərinə xas qanqster tərzində Venesuela üçün bütün variantların masa üzərində olduğunu eşitdirirlər. Yalan deyirlər”.

Nazir ABŞ-ı beynəlxqalq hüquq normalarını pozmaqda da ittiham edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp braziliyalı həmkarı Jair Bolsonaro ilə görüşündə Venesuela lideri Nikolas Maduronu devirmək üçün bütün variantların masada olduğunu bildirib.

O, bu məqsədlə Venesuelaya hərbi müdaxilə ehtimalının mümkünlüyünə də diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu