25 Mart 2019 12:29
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Mangistau vilayətindəki "Kalamkas" neft yatağında yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, səhər saatlarında başlayan yanğın 900 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısının alınması üçün 10-dan çox yanğınsöndürən cəlb edilib.

Hadisə nəticəsində zərərçəkənlərin olmadığı deyilir.


Müəllif: Teleqraf.com