25 Mart 2019 15:40
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aylıq əməkhaqqının 80 faizini şagirdlərə paylayan müəllim dünyada “Təhsil Nobeli” kimi tanınan Beynəlxalq Müəllim mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, mükafatla birlikdə 1 milyon dollar alacaq bu şəxs Kenyalı müəllim Petr Tabicdir.

Dubayda baş tutan Beynəlxalq Təhsil Forumunun qala gecəsində Beynəlxalq Müəllim mükafatı sahibinə təqdim edilib.
Keniyada orta məktəbdə fizika və riyaziyyat fənnini tədris edən və maaşının 80 faizini məktəbdəki yoxsul şagirdlərə xərcləyən Tabic ölkəsində şagirdlərin təhsili üçün göstərdiyi uğurlu fəaliyyətə görə mükafata layiq görülüb.

Mükafatın təqdimetmə mərasiminə Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Əli Mektum da qatılıb.

Qeyd edək ki, Petr Tabici ən ağır şərtlər altında belə şagirdlərini beynəlxalq elm yarışında birinci sıraya çıxarmağı bacarıb.

Müəllim çıxışında bəyan edib ki, atası da müəllim olub və müəllim peşəsi dünyada ən vacib peşələrdən biridir. O, eyni zamanda elan edib ki, mükafatla birlikdə alacağı 1 milyon dolları işlədiyi məktəbə və yoxsul şagirdlərin təhsilinə sərf edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər