27 Mart 2019 00:14
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 28-də Avstriyaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, Paşinyanı səfər zaman onun köməkçisi Qraçyan Taşyan, mətbuat katibi Vladimir Karapetyan, Baş nazir Aparatının protokola məsul şəxsi Aleksandr Mxitaryan, Baş nazir Aparatının protokol şöbəsinin rəisi Manvel Avetisyan, eləcə də Baş nazir Aparatının digər əməkdaşları Tiqran Mehrabyan, Armen Xaçatryan, Karen Azadyan və Armen Şahinyan müşayiət edəcək.

Nümayəndə heyətinin tərkibində həmçinin Ermənistan Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovun da təmsil olunacağı bildirilib.

Paşinyan Ermənistanda olmadığı müddət ərzində Baş nazir vəzifəsini onun müavini Tiqran Avinyan icra edəcək.

Qeyd edək ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər