İsrail Baş naziri Binyamin Netanyahu Suriya ilə münaqişəyə səbəb olan Colan Təpələrindən imtina etməyəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Netanyahu ABŞ-İsrail Xalqlarla Əlaqələr Komitəsinin toplantısında gündəmdəki məsələlər barədə danışıb.
O, Colan Təpələrini İsrail ərazisi kimi tanıyan sənədi imzalayan ABŞ Prezidenti Donald Trampa təşəkkür edib:
“Prezident Tramp tarix yazdı. O, böyük alqışa layiqdir”.
Colan Təpələrinin əhəmiyyətinə diqqət çəkən Binyamin Netanyahu bu ərazilərin İsrailin bir parçası olduğunu deyib: “Bu ərazilər tariximiz və təhlükəsizliyimiz üçün imtinaedilməz bir bölgədir. Buradan heç vaxt imtina etməyəcəyik”.
Qeyd edək ki, ABŞ prezidenti Ağ Evdə Netanyahu ilə görüşündə Colan Təpələrini İsrail ərazisi kimi tanıyan sənədi imzalayıb.