2 Sentyabr 2014 18:43
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin diyanət işləri başqanı, professor Mehmet Görmez Qərbdəki İslam düşmənçiliyinini qarşısının alınması barədə danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən konfransda Görməz Vatikanı bu məsələdə aktiv olmağa çağırıb.

Onun sözlərinə görə, İslamın təhlükəsizliyini təmin etmək tək müsəlmanların, islami dini qurumların deyil, başda Vatikan olmaqla bütün dini qurumların vəzifəsidir.

Almaniyada 2001-ci ildən 2013-ci ilə qədər 22 məscidə hücum olduğunu vurğulayan Görməz bu rəqəmin 2013-cü ildə 36, 2014-cü ildə isə 70-ə yüksəldiyini də deyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər