1 Aprel 2019 22:01
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də Ukraynada keçirilən prezident seçkiləri beynəlxalq müşahidəçilərin rəyincə azad və ədalətli olub.

Teleqraf.com xəbər verir ki, bu fikri ATƏT-in xüsusi əlaqələndiricisi və Ukraynada prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri İlkka Kanerva bildirib. Onun sözlərinə görə, seçkilər ciddi rəqabət şəraitində keçib və seçicilərin namizədlər arasında geniş seçim imkanları olub. Həmçinin bu seçkilərlə Avropa İttifaqına can atan ölkə öz demokratik inkişafını davam etdirə biləcək.

Qeyd edək ki, ATƏT Ukraynada keçirilən seçki prosesini 808 müşahidəçi ilə izləyib.


Müəllif: Teleqraf.com