“Cümhur İttifaqı”nın İqdırda bələdiyyə sədri postuna namizədliyini irəli sürdüyü İsa Yaşar Tezel seçkinin nəticələrindən şikayətçidir.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı namizəd bildirib ki, seçki günü təsbit etdikləri qanun pozuntuları, hiylə və şübhəli hərəkətlərlə bağlı əllərində olan dəlilləri şəhərin Seçim Qurumuna təqdim edərək, seçkinin nəticələrinə etiraz ediblər.
İsa Yaşar Tezel əlavə edib ki, dünən seçki pozuntularına dair dörd dosye hazırlayıblar. Onun sözlərinə görə, axşam saatlarında hazır olacaq daha 3 dosyeni də seçki qurumuna təqdim edəcəklər: “Biz müstəqil məhkəmələrin gücünə inanırıq. Şübhəli proseslər olub və buna müstəqil məhkəmə tərəfindən müdaxilə olunaraq seçkinin yenidən keçirilməsi və ya səslərin yenidən sayılması lazımdır. Bizim əlimizdə çox ciddi dəlillər var. Bunları təqdim edəcəyik. Biz hüquqa və ədalətə inanır və güvənirik. Haqq öz yerini tutacaq”.