Türkiyə Yüksək Seçki Qurumu Ankara bələdiyyə seçkiləri ilə bağlı 12 qəsəbədə səslərin yenidən sayılmasına dair AKP-nin şikayətini rədd edərək CHP namizədi Mənsur Yavaşın Ankara bələdiyyə seçkilərində qələbəsinin tanınmasına yol açıb.
Teleqraf.com xəbər verir ki, Yüksək Seçki Qurumu Ankarada AKP-nin 12 qəsəbədə səslərin yenidən sayılmasına dair şikayətini rədd etməsinə səbəb kimi bunun ümumi nəticələri dəyişmək gücündə olmaması ilə əlaqələndirib.
Ankara bələdiyyə sədri seçkilərini udan Mənsur Yavaşın mətbuat xidməti bəyan edib ki, Yavaş bu gün saat 11:00-da Ankara bələdiyyə sədri möhürünü alacaq, daha sonra bələdiyyəyə gedərək təhvil-təslim prosesində iştirak edəcək.
Bunun ardınca isə Atatürkün mavzoleyinə gedərək Atatürkü ziyarət edəcək.
İstanbul bələdiyyəsi uğrunda isə mübarizə davam edir.
İstanbulda etibarsız bülletenlərin sayılması başa çatmaq üzrədir. Dəqiq olmayan rəsmi nəticələrə görə, İstanbul bələdiyyə başqanlığına müxalif namizəd İkram İmamoğlu hakimiyyətin namizədi Binəli Yıdırıma qarşı 15 min 832 səs çox toplayıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Səzgin Tanrıqulu etibarsız bülletenlərin sayılması ilə bağlı son nəticələri açıqlayıb.
Deputat etibarsız bülletenlərin 90 faizinin sayıldığı və İmamoğlunun 15832 səslə öndə olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda CHP İstanbul bələdiyyəsinə namizəd İkram İmamoğlu 4 milyon 171216, AKP namizədi Binəli Yıdırım isə 4 milyon 155393 səs toplayıb. Namizədlərin arasında səs fərqi 15823 olmaqla İmamoğlunun xeyrinədir.
Etibarsız bülletenlərin sayılmasının 90 faizi isə başa çatıb.