Sınaq uçuşları zamanı Yaponiya Hava Qüvvələrinə aid F-35 hərbi təyyarəsinin Sakit okeana düşdüyü müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, F-35 təyyarəsi dünən Sakit okean üzərindən radarlardan yoxa çıxmışdı.
Yaponiya müdafiə naziri Takeçi İvaya deyib ki, F-35-in sınaq uçuşları zamanı Sakit okeana düşdüyü təsbit edilib.
Nazir əlavə edib ki, F-35-in quyruq hissəsi ölkənin şimal şərq sahillərində tapılıb: “Pilotu xilas etmək üçün əlimizdən gələni edəcəyik”.